27.03.2024 12:42 98
DGKA-da “ScienceDirect” və “Scopus” məlumat bazalarına çıxış təmin olunub

AKADEMİYANIN PROFESOR-MÜƏLLİM HEYƏTİNİN VƏ TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ!     Dövlət Gömrük Komitəsinin Akademiyasında “Elsevier” şirkətinin “ScienceDirect” məlumat bazasına və dünyanın ən böyük elmmetrik bazalarından olan “Scopus”a çıxış imkanı təmin edilib. “Scopus” ən böyük elmmetrik baza olmaqla yanaşı, həm də beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərinin hesablanması üçün istifadə edilən platformadır.   Scopus bazasından aşağıda qeyd edilən məlumatları əldə etmək olar: Müəllif profilləri, elmi əsərlərin sayı, istinad, özünəistinad, h-index, mənsub olduğu ali təhsil müəssisəsi və metrik göstəricilər İndekslənən elmi nəşrlər, nəşrlərin elmi istiqamətlər üzrə bölgüsü Ədəbiyyat siyahısını formalaşdırmaq üçün tədqiqat apardıqları elmi istiqamət üzrə yüksək istinadlı elmi əsərlər və alimlər Dünya alimləri ilə əlaqə yaratmaq imkanı Ali təhsil müəssisələrinin həmin baza üzrə verilənlərini təhlil etmə imkanı   ScienceDirect “Elsevier” nəşriyyatının elmi ədəbiyyatını özündə ehtiva edən akademik verilənlər bazasıdır. ScienceDirect 43.000-dən çox elektron kitaba, 19 milyondan çox tam mətnli məqaləyə giriş imkanı verir. O, eyni zamanda orta hesabla dünyanın ən çox istinad edilən online jurnal platformasıdır.    “ScienceDirect” akademik verilənlər bazasının əhatə etdiyi elmlər təsnifatı aşağıdakı kimidir: Fizika və mühəndislik Təbiət elmləri Tibb Humanitar və sosial elmlər   DGKA daxilində “ScienceDirect” Akademiyanın internet şəbəkəsinə bağlı olan bütün cihazlardan istifadəçi adı və şifrə olmadan birbaşa istifadəyə açıqdır.   Linklər: https://www.scopus.com/search/form.uri?display=basic#basic https://www.sciencedirect.com/   Əlavə məlumat üçün Library@ascca.edu.az e-poçt ünvanına müraciət edə bilərsiniz.

17.10.2023 13:48 1694
Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları, gömrük təmsilçiləri, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər və gömrük işinin digər sahələri üzrə nəzəri və praktiki biliklər əldə etmək istəyən maraqlı şəxslər üçün təlimlərə start verilir.   Təlimlər müasir tədris metodları və interaktiv üsullardan istifadə edilməklə təşkil ediləcək.   Təlimlərin məzmunu aşağıdakı istiqamətləri əhatə edir:   ·Ümumi gömrük qanunvericiliyi;   ·Gömrük işinin təşkili, iqtisadi və hüquqi əsasları;   ·Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi mexanizmləri;   ·Gümrük orqanlarının hüquq mühafizə fəaliyyəti;   ·Gömrük təmsilçiliyi;   ·Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi;   ·Gömrük hüquqpozmaları və onlara qarşı mübarizə tədbirləri;   ·Gömrük tarif tənzimlənməsi;   ·Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları;   ·Xarici ticarətin gömrük statistikası;   ·Valyuta qanunvericiliyi;   ·Gömrük xidmətinin beynəlxalq əməkdaşlıq çərçivəsi;   ·Azərbaycan Respublikasının tərəfdaş çıxdığı gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələr, konvensiyalar və s.   Təlimlərin müddəti istiqamətdən asılı olaraq 2 və 4 ay nəzərdə tutulmuşdur.   Təlimlər metronun “Elmlər Akademiyası” stansiyasına yaxın ünvanda axşam saatlarında keçiriləcəkdir.   Müvafiq müraciət formasını aşağıdakı linkdən doldurmaq olar:   https://forms.office.com/r/jh91q1f6Bz?origin=lprLink   Ətraflı məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:   E-poçt: training@ascca.edu.az   Tel: (012) 404 12 00 (daxili 3)   (050) 290 09 85  

10.07.2023 10:18 985
Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ili üzrə akademik əməkdaşlığa dəvət edir

Dövlət Gömrük Komitəsinin Akademiyası bakalavriat səviyyəsində İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Hüquqşünaslıq, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq standartlar əsasında müasir tələblərə cavab verən peşəkar mütəxəssislər hazırlayır. Akademiya bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixisaslar üzrə ölkədə ən yüksək keçid balına malik olan ali təhsil müəssisələrindən biridir. Akademiyanın tələbələri beynəlxalq mübadilə proqramlarında iştirak edir, respublika səviyyəli konfranslarda və yarışlarda uğurlu nəticələr əldə edir, mütəmadi olaraq tələbə konfransları və sosial fəaliyyətlər təşkil edirlər. Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilindən etibarən bakalavriat səviyyəsində əlavə olaraq Beynəlxalq ticarət və logistika və İnformasiya texnologiyaları ixtisasları üzrə ingilis bölməsində də tədris həyata keçirilir. Bu səbəblə, Beynəlxalq ticarət və logistika ixtisasının əsas istiqamətləri (elektron ticarət, beynəlxalq marketinq, rəqəmsal iqtisadiyyat, sahibkarlıq və biznes, logistika, menecment, statistika və ekonometrika, beynəlxalq iqtisadiyyat və s. İnformasiya texnologiyaları ixtisasının əsas istiqamətləri (proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, verilənlərin strukturu və alqoritmlər, veb sistemləri və texnologiyaları, kompüter qrafikası, kompüter arxitekturası, əməliyyat sistemləri, multimedia texnologiyaları, alqoritmlərin analizi və layihələndirilməsi və s.) üzrə müəllimləri əməkdaşlığa dəvət edirik. ​Xaricdə təhsil və iş təcrübəsinə, xarici dil (akademik səviyyədə) və e-təhsil bacarıqlarına sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir. Əməkdaşlıq etmək istəyənlərin akademik CV məlumatlarını 24 iyul 2023-cü il tarixinə qədər  info@ascca.edu.az e-poçt ünvanına göndərmələri xahiş olunur.

25.06.2023 09:08 2385
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir.

Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar (bakalavriat səviyyəsi) üzrə sənəd qəbulu elan edir: Sıra №-si İxtisasın (proqramın) şifri İxtisasın (proqramın) adı 1. 050206 Hüquqşünaslıq (yalnız gömrük əməkdaşları üçün) 2. 050401 Beynəlxalq ticarət və logistika Akademiyada təkrar ali təhsil yalnız ödənişli əsaslarla qiyabi formada həyata keçirilir; Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;  Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər; Hər bir ixtisas üzrə təhsil haqqı Akademiya tərəfindən müəyyən edilir və müqavilədə nəzərdə tutulan qaydada ödənilir. Sənəd qəbulu 2023-cü il iyun ayının 25-dən avqust ayının 31-dək aparılacaqdır. Sənədlərin qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsil almaq üçün müraciət edəcək şəxslər öncə portal.edu.az səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla bağlı əlavə məlumatı buradan ala bilərsiniz.  İlkin mərhələdə portala aşağıdakı sənədlər yüklənilməlidir: ·         Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə); ·         3×4 sm ölçüdə fotoşəkil; ·         Şəxsiyyət vəsiqəsinin surəti; ·         İş vəsiqəsinin surəti (gömrük əməkdaşları üçün). Qeyd: Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.   Əlaqə məlumatları: Telefon: (994 12) 404 12 00 (daxili nömrə: 3306; 3338)   E-poçt: elave.tehsil@ascca.edu.az

25.05.2023 16:25 713
Gömrük Akademiyası Ege Universiteti ilə birlikdə beynəlxalq simpozium təşkil edir

Dövlət Gömrük Komitəsinin Akademiyasının və Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə 25-26 may 2023-cü il tarixlərində “Türkiyə-Rusiya əlaqələri” mövzusunda III Beynəlxalq Simpozium keçiriləcək. Simpoziumun məqsədi SSRİ-nin dağılmasından sonra Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında yaranmış sosial, iqtisadi və siyasi münasibətləri müzakirə etmək və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verməkdir. Onlayn formatda 2 gün ərzində davam edəcək simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Hollandiya və Ukraynadan da alim-tədqiqatçılar qatılacaqlar. Simpoziumda iki ölkə münasibətlərinə konseptual yanaşmalar (güc, şəxsiyyət və s.), regional münaqişələr və beynəlxalq müdaxilə, Avrasiyanın və Avropanın gələcəyində risklər və imkanlar, Türkiyə-Rusiya münasibətlərinin sosial-mədəni ölçüsü, Türkiyə-Rusiya münasibətlərinin türk dünyasına təsiri, Türkiyə-Rusiya Münasibətlərinin siyasi iqtisadiyyatı, teo-strateji yanaşmalar və digər mövzular ətrafında müzakirələr aparılacaq. Qeyd edək ki, ötən il də Akademiya ilə Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz" mövzusunda II beynəlxalq simpozium keçirilmişdir. “Türkiyə-Rusiya əlaqələri” mövzusunda III Beynəlxalq Simpoziuma onlayn müraciət üçün keçid linki: bit.ly/turrusil

07.07.2022 19:49 2484
Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə akademik əməkdaşlığa dəvət edir

Dövlət Gömrük Komitəsinin Akademiyası bakalavriat səviyyəsində İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Hüquqşünaslıq, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq standartlar əsasında müasir tələblərə cavab verən peşəkar mütəxəssislər hazırlayır. Cari tədris ili üçün keçirilən qəbul imtahanlarının nəticələrinə görə, Akademiyada bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan 7 ixtisasdan 5-də ölkə üzrə ən yüksək keçid balları Akademiyaya məxsusdur. Akademiyanın tələbələri beynəlxalq mübadilə proqramlarında iştirak edir, respublika səviyyəli konfranslarda və yarışlarda uğurlu nəticələr əldə edir, mütəmadi olaraq tələbə konfransları və sosial fəaliyyətlər təşkil edirlər.   Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilindən etibarən bakalavriat səviyyəsində əlavə olaraq Beynəlxalq ticarət və logistika və İnformasiya texnologiyaları ixtisasları üzrə ingilis bölməsində də tədris həyata keçiriləcəkdir. Bu səbəblə,   ØBeynəlxalq ticarət və logistika ixtisasının əsas istiqamətləri (ümumi iqtisadiyyat, sahibkarlıq və biznes, logistika, menecment, statistika və ekonometrika, beynəlxalq iqtisadiyyat, ticarət və biznes)   Øİnformasiya texnologiyaları ixtisasının əsas istiqamətləri (proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, verilənlərin strukturu və alqoritmlər, veb sistemləri və texnologiyaları, kompüter qrafikası, kompüter arxitekturası, əməliyyat sistemləri, multimedia texnologiyaları, alqoritmlərin analizi və layihələndirilməsi)   və   Øümumi fənlər (ali riyaziyyat, sosiologiya, politologiya və s.)   üzrə müəllimləri əməkdaşlığa dəvət edirik.   ​Beynəlxalq təcrübə, xarici dil (akademik səviyyədə) və e-təhsil bacarıqlarına sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir.   Əməkdaşlıq etmək istəyənlərin akademik CV məlumatlarını 31 iyul 2022-ci il tarixinə qədər  info@ascca.edu.az e-poçt ünvanına göndərmələri xahiş olunur.  

30.06.2022 17:40 1004
DGKA-nın tələbələri üçün Şanxay Gömrük Kollecinin beynəlxalq proqramında iştirak imkanı

  Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının tədris qurumu və Ümumdünya Gömrük Təşkilatının Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzi olan Şanxay Gömrük Kolleci (ŞGK) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə ikitərəfli əməkdaşlıq çərçivəsində DGKA tələbələrini 1 semestrlik (sentyabr-dekabr 2022) beynəlxalq onlayn kursda və mübadilə proqramında iştiraka dəvət edir. Beynəlxalq onlayn kurs gömrük işi sahəsində təşkil edilən 30 kreditlik mübadilə proqramıdır. Proqrama 5 kurs (5 icbari kurs, 3 seçmə kurs) daxildir, lakin onlardan bəziləri proqram başlanmazdan əvvəl (sentyabr ayında) dəyişdirilə bilər:   Ümumi fənlər (icbaridir): -          Mədəniyyətlərarası biznes ünsiyyəti -          Çin dilində elementar danışıq Əsas fənlər (icbaridir): -          Tarif texnologiyaları -          Çinin gömrük idarəetməsi -          Beynəlxalq gömrük idarəetməsi Seçmə fənlər (hər tələbə yalnız 1 fənn seçə bilər): -          İqtisadiyyatın prinsipləri -          Sərhədlərarası elekton ticarət hüququ -          Müasir logistika   Proqramda iştirak üçün 25 DGKA tələbəsi seçiləcəkdir. Müraciət etmək istəyən, bakalavriat və magistratura pillələrində təhsil alan, ingilis dili üzrə minimum B1 səviyyəsinə malik olan (bunu təsdiq edən sənəd məcburi deyil, arzuolunandır) DGKA tələbələri özləri haqqında məlumatı (ad, soyad, e-mail adresi, ixtisas, təhsil pilləsi, şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun skan edilmiş nüsxəsi və ya fotoşəkli, 1 ədəd pasport fotoşəkli) 06 iyul saat 18:00-a kimi aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: international@ascca.edu.az Tələbələrin seçilməsi prosesi DGKA tərəfindən aparılır.