Baş səhifə
Tədris-metodiki işin təşkili şöbəsi

Tədris-metodiki işin təşkili şöbəsi

Tədris-metodiki işin təşkili şöbəsi tədris-metodiki işlərin planlaşdırılmasını, təşkilini və ona nəzarəti həyata keçirir. Şöbənin fəaliyyət istiqamətləri tədris prosesinin Dövlət təhsil standartlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət, tədris planlarına uyğun olaraq kafedralar üzrə dərs yükü bölgüsünün aparılması, tədris-metodiki işin təşkili ilə bağlı cari və illik uçot və hesabat sənədləşdirilməsinin həyata keçirilməsi, metodiki işin təşkili üzrə qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması, təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi və s. ilə bağlıdır.
     Tədris-metodiki işin təşkili şöbəsi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

-    Dövlət təhsil standartlarına uyğun olaraq tədris planlarını və digər sənədləri tərtib etmək;
-    Tədris və istehsalat təcrübəsi ilə əlaqədar əmrlərinin verilməsi üçün layihələrin hazırlanmasını və təsdiq edilməsini təmin etmək;
-    Kafedralar üzrə dərs yüklərinin miqdarını hesablamaq və təsdiqləmək;
-    Kafedralar tərəfindən aparılan dərs yükü bölgüsünə nəzarət etmək;
-    Auditoriya fondunun uçotu və bölgüsünü aparmaq, dərs cədvəllərini tərtib etmək;
-    Fənlər üzrə tədris proqramlarının hazırlanmasına, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin işlənməsinə nəzarət etmək;
-    Monitorinqlərin və imtahanların təşkili üçün sənədlərin hazırlanmasına köməklik göstərmək;
-    Tədris-metodiki işlərin təşkili ilə əlaqədar fəaliyyətləri Akademiyanın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə təşkil etmək və s.