Baş səhifə
Tədris və innovasiyalar üzrə rəis müavini
Tədris və innovasiyalar üzrə rəis müavini

Anar Süleymanov
Gömrük xidməti polkovniki
1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.
2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin “Gömrük işi” ixtisasının bakalavr, 2006-cı ildə həmin ixtisasın magistratura pillələrini fərqlənmə ilə bitirmişdir.
2004-2005-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə Meliorasiya və Su Təsərrüfatı Agentliyi və Arcadis / Su Yapı Ltd. tərəfindən icra edilən birgə layihədə tərcüməçi vəzifəsində çalışmışdır.
2006-cı ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Balakən Gömrük İdarəsinə inspektor təyin edilmişdir.
2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
2007-2022-ci illər ərzində gömrük orqanlarında xidməti fəaliyyətini müxtəlif vəzifələrdə, o cümlədən Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsində böyük inspektor, baş inspektor, şöbə rəisi, baş idarə rəisinin müavini, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin birinci müavini, Komitənin Katibliyinin rəisi vəzifələrində davam etdirimişdir.
2009-2010-cu illərdə Ümumdünya Gömrük Təşkilatının təqaüdü ilə Yaponiyanın Tokio şəhərində Siyasi Araşdırmalar üzrə Milli İnstitutda “Dövlət sektorunda maliyyə” ixtisası üzrə magistr təhsili almışdır.
2012-ci il Sinqapur Xarici İşlər Nazirliyinin “Elektron Bir Pəncərə sisteminin planlaşdırılması və icrası proqramı” çərçivəsində, 2015-ci ildə isə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təqaüdü ilə “Gələcək liderlər üçün potensialın gücləndirilməsi və inkişafı proqramı” çərçivəsində əlavə təhsil almışdır.
2015-ci ildə “Gömrük Modernizasiyası”, 2016-cı ildə “Ticarətin asanlaşdırılması üzrə Merkator Proqramı” çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) akkreditasiyasından keçmiş, bir sıra xarici dövlətlərə texniki dəstək missiyalarında ÜGT-nin eksperti olaraq ezam edimişdir.
2016-2018-ci illərdə Avropa İttifaqının “EU4Digital” təşəbüssü çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üzrə Gömrük Alt-Qrupunun əlaqələndiricisi vəzifəsində fəaliyyət göstərmişdir.
2022-2024-cü illərdə Dövlət Gömrük Komitəsinin Belçika Krallığında nümayəndəsi (gömrük attaşesi) olaraq xidmət etmişdir.
2016-2019-cu ilərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə gömrük işi fənnini tədris etmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Rus və ingilis dillərini sərbəst bilir.