Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir!

Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir!

10.06.2024 17:45

Dövlət Gömrük Komitəsinin Akademiyası 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir:

Sıra

№-si

İxtisasın (proqramın)

şifri

İxtisasın (proqramın) adı

1.

050206

Hüquqşünaslıq

(yalnız gömrük əməkdaşları üçün)

2.

050401

Beynəlxalq ticarət və logistika

  • Akademiyada təkrar ali təhsil yalnız ödənişli əsaslarla qiyabi formada həyata keçirilir;
  • Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;
  •  Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Sənəd qəbulu 2024-cü il iyun ayının 10-dan avqust ayının 25-dək aparılacaqdır.

Sənədlərin qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsil almaq üçün müraciət edəcək şəxslər öncə portal.edu.az səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla bağlı əlavə məlumatı buradan ala bilərsiniz.

 İlkin mərhələdə portala aşağıdakı sənədlər yüklənilməlidir:

  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • 3×4 sm ölçüdə fotoşəkil;
  • İş vəsiqəsinin surəti (gömrük əməkdaşları üçün)

·         İş yerindən xasiyyətnamə (gömrük əməkdaşları üçün).

Qeyd: Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

 

Əlaqə məlumatları:

Telefon: (994 12) 404 12 00 (daxili nömrə: 3306; 3338)  

E-poçt: elave.tehsil@ascca.edu.az