Baş səhifə
Xəbərlər
Akademiya
Türkiyənin “Siber Koza” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Türkiyənin “Siber Koza” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Türkiyənin beynəlxalq “Siber Koza” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Əməkdaşlıq sənədini Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və “Siber Koza” şirkətinin baş icraçı direktoru Alper Cem Yılmaz imzalayıblar.
Onlayn formatda təşkil edilən görüşdə bu əməkdaşlığın elmi, sosial, akademik və təhsil sahələrində birgə fəaliyyətləri nəzərdə tutduğu, innovasiya, sahibkarlıq və texnoloji inkişaf istiqamətlərində əhəmiyyətli imkanlar yaradacağı vurğulanıb.
Qeyd edək ki, Türkiyə, Pakistan, Azərbaycan və Qazaxıstanda aktiv fəaliyyət göstərən bu qurumun missiyası, gənclərin potensialını artırmaq və akademik dairələrlə sənaye arasında əlaqələr qurmaqla innovasiya ekosistemlərini möhkəmləndirməkdir.