Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasında növbəti ilkin hazırlıq təlimləri başlayıb

Gömrük Akademiyasında növbəti ilkin hazırlıq təlimləri başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilən ilkin hazırlıq kurslarının dinləyiciləri ilə görüş keçirilib. Təlimin təşkili qaydaları ilə tanışlıq məqsədilə keçirilən ənənəvi görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və ilkin hazırlıq təlimlərinin dinləyiciləri iştirak ediblər.

Təlim iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən təlimlərin effektivliyindən söz açıb. Tədris proqramının məzmunu barədə məlumat verən Akademiya rəisi təlimlərdə dinləyicilərin əldə etdikləri zəruri bilik və bacarıqların vacib rolundan bəhs edərək dinləyicilərə uğurlar arzulayıb.

Qeyd edək ki, gömrük əməkdaşlarından ibarət 2 qrup şəklində təşkil olunan təlimlər 6 həftə davam edəcək.