Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə “Karmasis Azərbaycan” və AİKTSA arasında görüş keçirilib

Gömrük Akademiyası ilə “Karmasis Azərbaycan” və AİKTSA arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Karmasis Azərbaycan” şirkəti və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası arasında görüş keçirilib. Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə heyətinin sədri Elvin Abbasov və Akademiyanın əməkdaşları iştirak ediblər.

Görüşdə Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Karmasis şirkəti ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən Qulu Novruzov keçirilən görüşün DGKA ilə AİKTSA arasında da əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyi vurğulayıb.

“Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal kibertəhlükəsizlik sahəsində inkişaf edən Karmasis şirkəti olaraq Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını və bu istiqamətdə Akademiyaya daim dəstək olacaqlarını ifadə edib.

AİKTSA-nın İdarə heyətinin sədri Elvin Abbasov Assosiasiyanın missiyası, vizyonu və başlıca hədəfləri barədə məlumat verərək İT sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində Akademiya ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən bəhs edib.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.