Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə iştirak ediblər

Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumları, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi iştirakçıları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

 

Tədbir zamanı Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin əvəzsiz rolundan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən bəhs edilib.