Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında "Həmrəylik Günü" nə həsr olunmuş futbol yarışı keçirilib

Gömrük Akademiyasının tələbələri arasında "Həmrəylik Günü" nə həsr olunmuş futbol yarışı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş futbol çempionatı keçirilib.

Akademiyanın tələbələrindən ibarət 16 komandanın iştirakı ilə keçirilən çempionatda “Gold”, “Galacticos”, “Əzizli” və “Xarıbülbül” komandaları yarımfinala vəsiqə qazanıblar.

Yarım finalda “Əzizli” və “Gold” komandaları rəqiblərinə qalib gələrək adlarını finala yazdırıblar.

Finalın nəticəsinə əsasən “Gold” komandası 5-3 hesabı ilə qələbə qazanaraq çempionatın qalibi olub. “Xarıbülbül” komandası isə 6-5 hesabı ilə üçüncü yerin sahibi olub.

Yarışın sonunda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı rolundan danışaraq Akademiya tələbələrinin bu cür idman yarışlarında iştirakını yüksək qiymətləndirib.

Daha sonra qalib komandalar Akademiya rəhbərliyi tərəfindən kubok və medallarla mükafatlandırılıblar.