Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasında Şuşa ilinə həsr olunmuş növbəti tədbir keçirilib

Gömrük Akademiyasında Şuşa ilinə həsr olunmuş növbəti tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Şuşa İli” ilə bağlı Tədbirlər Planı çərçivəsində Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş tədbir keçirilib. 

Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Akademiyanın tələbələri Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyov, görkəmli şairə Xurşidbanu Natəvan, dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli kimi Şuşada yaşamış görkəmli şəxsiyyətlərin, şhur rəssamların, tanınmış xanəndələrin, tarzənlərin həyat və yaradıcılığına aid təqdimatlarla çıxış ediblər.