Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Zəfər yürüşündə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Zəfər yürüşündə iştirak ediblər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər günü ilə əlaqədar yürüş təşkil edilib. 44 günlük Vətən müharibəsinin tarixi zəfərimiz ilə yekunlaşmasında əzmkarlıq göstərmiş qəhrəman Vətən övladlarının yad edilməsi məqsədilə təşkil edilən yürüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də  iştirak ediblər.

Gənclər bugünki qələbəmizin banisi olan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, daha sonra Birinci və İkinci Fəxri xiyabanları ziyarət edərək vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.