Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi Müdafiə Sənayesi Nazirliyi tərəfindən mükafatlandırılıb

Gömrük Akademiyasının tələbəsi Müdafiə Sənayesi Nazirliyi tərəfindən mükafatlandırılıb

Məlumat verildiyi kimi, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest 2022"nin "Dəmir Yumruq" düşərgəsində iştirak etmişdirlər.  Düşərgə çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə müxtəlif növ silah və sursatın sərgisi baş tutmuşdur.

"Dəmir Yumruq" düşərgəsində təşkil edilən sərgidə
gənclər arasında keçirilən elektron trenajorda sərrast atıcılıq üzrə yarışların qalibləri  Müdafiə Sənayesi Nazirliyinə dəvət olunaraq mükafatlandırılıblar.  Yarışların digər iki qalibi ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Eltac Rəşidzadə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən diplomla təltif olunub.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və digər qonaqlar gənclərin dövlətə sədaqət və vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam və savadlı vətəndaş kimi yetişməsi işində Müdafiə Sənayesi Nazirliyinin hər zaman yaxından iştirak etdiyini və bu sahəyə sanballı töhfələr verdiyini xüsusi qeyd ediblər.

Gənclər onlarla bağlı dövlət tərəfindən həyata keçirilən təşəbbüslərə, proqramlara və layihələrə daim diqqət və qayğı göstərdiyinə görə müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra ilk üç yerin qaliblərinə Müdafiə Sənayesi Nazirliyinin diplomları təqdim olunub.