Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri keçirilib

Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubu və Hüquq Klubunun birgə təşkilatçılığı ilə "Vətəndaşların konstitusion hüquq və vəzifələri" mövzusunda intellektual yarış keçirilib.
Akademiyanın tələbələri ilə yanaşı digər ali təhsil müəssisələrinin tələbələrinin də iştirak etdiyi, gənclərin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan yarış 3 raunddan ibarət olub. Gərgin və maraqlı keçən mübarizənin sonunda "A little bit" komandası I yerə, "Coup de Grâce" və "Sol İnvictus" komandaları isə II və III yerlərə layiq görülüblər.
Sonda qalib komandaların üzvləri sertifikat və medallarla təltif olunublar.