Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Oktyabrın 27-də 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri – Sabunçu rayonu Ramana qəsəbəsi şəhidi Şamilov Emil Rafiq oğlunun anım günü keçirilib. Anım günü münasibətilə Akademiyanın bir qrup əməkdaşı və tələbələri şəhidin ailəsini ziyarət edərək, şəhidin barelyefinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidin ailəsini ziyarət edən Akademiya əməkdaşları Akademiyanın rəhbərliyi və kollektivi adından Emilin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbir diləyərək şəhidlərimizin daim Azərbaycan xalqının xatirəsində uca tutularaq heç zaman unudulmayacağını vurğulayıblar.

Anım günündə, həmçinin Akademiya tələbələrinin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!