Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tələbələr üçün təlim keçirilib

Gömrük Akademiyasında tələbələr üçün təlim keçirilib

"ON1000" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İT klubunun təşkilatçılığı ilə "Kiber təhlükəsizlik sahəsinə giriş və etik hakerlik" mövzusunda təlim keçirilib.

Paşa Bankın “Proqram təhlükəsizliyi və penetrasiya testi” sahəsi üzrə mütəxəssisləri Şahlar Haşımzadə və Hacı Əhməd Əhmədzadə tərəfindən keçirilən təlimdə kibertəhlükəsizlik və pentest üzrə peşəkar biliklər, etik haker nəzəriyyəsi və praktikası, İT bazarına çıxışın yolları, Linkedin hesabının əhəmiyyəti və düzgün istifadəsi və s. haqqında tələbələrə ətraflı məlumat verilib.

Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.