Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin növbəti anım günlərində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin növbəti anım günlərində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız – Sabunçu rayonu Zabrat qəsəbəsi şəhidləri Eyvazlı Rüfət Arzu oğlu, Əliyev Saleh Namiq oğlunun və Maştağa qəsəbəsi şəhidi Piriyev Raul Zabid oğlunun anım günləri qeyd olunub. Anım günləri münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayon Maştağa və Zabrat qəsəbələrində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

 

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verib, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər. Mərasimdə şagirdlərin, eləcə də

Akademiya tələbələrinin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.

 

Allah rəhmət eləsin!

 

Şəhidlər ölməz, Vətən bölünməz!