Baş səhifə
Xəbərlər
Təhsil Nazirliyi
Gömrük Akademiyasının tələbələri Litvada keçirilən tədbirdə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Litvada keçirilən tədbirdə iştirak ediblər

Litvanın Mikolas Romeris Universitetində beynəlxalq tədbir keçirilib. Müxtəlif ölkələrin milli mədəniyyətlərinin tanıdılması məqsədilə keçirilən tədbirdə digər xarici tələbələrlə yanaşı Akademiyanın hal-hazırda mübadilə proqramı ilə həmin universitetdə təhsil alan tələbələri də iştirak ediblər.

Tədbirə qatılan tələbələr doğma ölkələrinin milli mətbəxlərini nümayiş etdiriblər.  Azərbaycanlı tələbələr tərəfindən milli geyimlərimizdə təqdim edilən yerli mətbəximizin müxtəlif təamları tədbir iştirakçılarının marağına səbəb olub.

Sonda Azərbaycan komandası I yerə layiq görülərək mükafatlandırılıb.