Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin növbəti anım günlərində iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin növbəti anım günlərində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız – Sabunçu rayonu Maştağa qəsəbəsi şəhidləri Əliyev Tahir Mahir oğlu və Rzayev Aslan Süleyman oğlunun anım günləri qeyd olunub. Anım günləri münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!