Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində olublar

Gömrük Akademiyasının tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində olublar

"Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İncəsənət klubunun təşkilatçılığı ilə “İncəsənəti kəşf et!” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində tələbələrin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı tələbələr muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələri ilə tanış olub, muzeyin bələdçisi tərəfindən ekspozisiyasılar ilə bağlı ətraflı məlumat əldə ediblər.