Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız – Sabunçu rayonu Zabrat qəsəbəsi şəhidi Şəbiyev Məhəmməd Vaqif oğlunun və Maştağa qəsəbəsi şəhidi Babayev Rəşad Ağabəy oğlunun anım günləri qeyd olunub. Anım günləri münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Zabrat qəsəbəsində şəhid Şəbiyev Məhəmmədin adına inşa edilmiş xatirə bulağını, II Fəxri xiyabanda və Maştağa qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!