Baş səhifə
Xəbərlər
Təhsil Nazirliyi
Gömrük Akademiyasının əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Gömrük Akademiyasının əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Azərbaycan təhsilinin inkişafında səmərəli xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi adından İslam müəllimi təbrik edir, ölkəmizdə təhsilin davamlı inkişafı naminə şərəfli fəaliyyətində yeni nailiyyətlər arzu edirik.

https://president.az/az/articles/view/57461?fbclid=IwAR3SHEdAAS1N0AlblhdLEigCCW6DGdRATzCEWVo4iAly1vFeS_u0YOfpV9g