Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız – Sabunçu rayonu Maştağa qəsəbəsi şəhidi Məmmədov Əliağa Eldəniz oğlu və Zabrat qəsəbəsi şəhidi Adişov Qüdrət Rahim oğlunun anım günləri qeyd olunub. Anım günləri münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Maştağa və Zabrat qəsəbələrində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!