Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında abituriyentlər üçün virtual “Açıq qapı” günü keçirilib

Gömrük Akademiyasında abituriyentlər üçün virtual “Açıq qapı” günü keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün ənənəvi virtual “Açıq qapı” - canlı yayım təşkil olunub.

Akademiyaya qəbul, tədris prosesi, ixtisaslar və digər məsələlərlə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə təşkil olunan onlayn görüşdə Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev, "Gömrük işi və idarəetmə" kafedrasının müdiri Elvin Əlirzayev, “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının müdiri Babək Abbasov və Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov iştirak ediblər.

Akademiyanın rəsmi facebook səhifəsi üzərindən keçirilən canlı yayımda izləyiciləri maraqlandıran suallar Akademiya əməkdaşları tərəfindən birbaşa cavablandırılıb.


Videolar: