Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası tərəfindən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməkdaşları üçün təlim keçirilib

Gömrük Akademiyası tərəfindən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməkdaşları üçün təlim keçirilib

26 aprel - 03 iyun 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün “Gömrük işinin təşkili” mövzusunda təlim keçirilib. Gömrük işi sahəsində bilik və bacarıqların artırılması məqsədilə keçirilən təlimdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin 20 nəfər əməkdaşı iştirak edib.

21 saatlıq təlimdə dinləyicilərə Azərbaycan Respublikasının tranzit siyasəti, gömrük tranzitinin beynəlxalq ticarətdəki rolu, gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar, fiziki şəxslər tərəfindən ayrı-ayrı mal kateqoriyalarının gömrük sərhədindən keçirilməsi qaydaları və mövzu üzrə digər məsələlər barəsində ətraflı məlumat verilib.

11 – 12 iyun 2022-ci il tarixlərində dinləyicilərin qiymətləndirilməsi mərhələsi keçirilib.

Sonda təlimləri müvəffəqiyyətlə bitirən dinləyicilərə Akademiya tərəfindən sertifikatlar təqdim olunub.