Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında futbol çempionatı keçirilib

Gömrük Akademiyasının tələbələri arasında futbol çempionatı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə Akademiyanın tələbələri arasında "Şuşa ili" nə həsr olunmuş futbol çempionatının final oyunu keçirilib.

Gənclər arasında idmana marağın artırılması, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə keçirilən futbol çempionatında ümumilikdə 16 komanda iştirak edibYarışın seçim turlarının yekununda final mərhələsinə vəsiqə qazanmış “Galacticos” komandası 6-3 hesabı ilə “Flawless” komandasını məğlub edərək çempionatın qalibi olub.

Sonda qaliblər Akademiyanın rəhbərliyi tərəfindən kubok və medallarla təltif olunublar.