Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında uğurla iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında uğurla iştirak ediblər

Mayın 6-da Heydər Əliyev adına sarayda ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev, mədəniyyət xadimləri, həmçinin ali təhsil müəssisələrinin rəhbərləri və tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri də iştirak ediblər.

Tələbələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması məqsədi ilə təşkil edilən müsabiqə-festivalında giriş nitqi ilə çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb.Təhsil nazirinin müavini Firudin Qurbanov Ullu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin dövlət qurumlarında yüksək mövqelər tutduğunu, Ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib.Çıxışının sonunda nazir müavini tələbələrə təhsillərində, gələcək işlərində uğurlar diləyərək, bütün iştirakçıları bir daha təbrik edib.

Daha sonra tədbirdə digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Akademiyanın tələbələri də incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsinin qatıldığı festivalda tələbələrin ifasında nümayiş olunan şeir, rəqs, musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.