Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Şəhidlər muzeyi"ndə olublar

Gömrük Akademiyasının tələbələri “Şəhidlər muzeyi"ndə olublar

Gömrük Akademiyasının tələbələrinin “Həqiqət tarixi” Araşdırmalar İctimai Birliyi tərəfindən yaradılan “Şəhidlər muzeyi”nə ekskursiyası təşkil edilib.

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə təşkil edilən ekskursiya zamanı tələbələr torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda xalqımızın apardığı mübarizəni əks etdirən fotolar, sənədlər və tarixi eksponatlarla tanış olublar. İctimai Birliyin sədri Əlövsət Qasımov (“General Əli bəy”)  şəhidlərin şərəfli ömür və döyüş yolu haqqında tələbələrə ətraflı məlumat verib. 

Daha sonra ekskursiya iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edərək, vətən müharibəsində iştirak etmiş qazilərin qəhrəmanlıqlarından bəhs ediblər.