Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Tədqiqat işlərinin aparılması və nəşr olunmasında yeni trendlər” mövzusunda seminar keçirilib

Gömrük Akademiyasında “Tədqiqat işlərinin aparılması və nəşr olunmasında yeni trendlər” mövzusunda seminar keçirilib

Aprelin 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Tədqiqat işlərinin aparılması və nəşr olunmasında yeni trendlər” mövzusunda seminar keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən seminar UNEC-in “SABAH” Mərkəzinin rəhbəri, “Web of Science” və “Scopus” kimi nüfuzlu məlumat bazalarında indekslənən bir çox elmi əsərlərin müəllifi i.e.n., dosent Aida Quliyeva tərəfindən təqdim edilib.

Seminarda elmi tədqiqat işlərinin aparılmasının metodları, planlaşdırılması, icra edilməsi, informasiya axtarış strategiyası, nəticələrin qiymətləndirilməsi, həmçinin elmi tədqiqat işinin aparılmasında vacib məsələlər haqqında ətraflı məlumat verilib. Çıxışında elmi jurnalların impakt faktoru, Web of Science (WoS) və Scopus bazalarından effektiv istifadə imkanları mövzusuna geniş yer verən məruzəçi həmçinin plagiat məsələlərinə dair fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları ətraflı olaraq cavablandırılıb.