Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası qanvermə aksiyasına qoşulub

Gömrük Akademiyası qanvermə aksiyasına qoşulub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  təşəbbüsü ilə Heydər Əliyev Fondunun başlatdığı qanvermə aksiyasına Dövlət Gömrük Komitəsinin Akademiyası da qoşulub.

Qanvermə aksiyasında Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları iştirak ediblər. Aksiyada  Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.

Qeyd edək ki, bu, Akademiya əməkdaşlarının son altı ay ərzində iştirak etdiyi ikinci qanvermə aksiyasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi