Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Sehrli misralar” adlı şeir müsabiqəsi keçirilib

Gömrük Akademiyasında “Sehrli misralar” adlı şeir müsabiqəsi keçirilib

Martın 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının  nəzdində fəaliyyət göstərən Mədəniyyət və İncəsənət Klubunun təşkilatçılığı ilə "Sehrli misralar" adlı şeir müsabiqəsi keçirilib. Gənclərə vətənpərvərlik ruhunun aşılanması, ədəbiyyata marağın artırılması və bu sahədə xüsusi istedada malik gənclərin aşkarlanması məqsədilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbirdə tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndirərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Tələbələrin çıxışları tədbir iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılanıb.

Müsabiqənin sonunda tələbələr diplom və sertifikatlarla təltif ediliblər.