Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları üçün təlim keçirilmişdir

Gömrük Akademiyasının əməkdaşları üçün təlim keçirilmişdir

Dövlət Gömrük Komitəsinin Akademiyasında əməkdaşlar üçün “Azərbaycan Respublikası gömrük orqanlarının etik davranış kodeksi və xüsusi geyim formasının daşınma qaydası” mövzusunda təşkil edilmişdir.

Akademiyanın xüsusi rütbəli əməkdaşları tərəfindən gömrük orqanlarının etik davranış kodeksinin tələblərinə riayət olunması, onların bu istiqamətdə daha da maarifləndirilməsi məqsədilə keçirilən təlim Katibliyin baş mütəxəssisi, polkovnik Şəmsəddin Abışov tərəfindən keçirilmişdir.
Təlimdə Şəmsəddin Abışov mövzu üzrə geniş təqdimatla çıxış etmişdir. O, təlim iştirakçılarına gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınma qaydaları, sıra düzülüşü, xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, etik davranış kodeksinin ayrı-ayrı maddələri, xidməti mühitdə davranışın əsas prinsipləri və digər mövzularla bağlı geniş məlumat vermişdir.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı olaraq cavablandırılmışdır.