Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında futbol yarışı keçirilmişdir

Gömrük Akademiyasının tələbələri arasında futbol yarışı keçirilmişdir

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə Akademiyanın tələbələri arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş futbol çempionatı davam edir.

Gənclər arasında idmana marağın artırılması, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə keçirilən futbol çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilmişdir. Bu turda “LOS GALACTİCOS” komandası “ANDROID” komandasına 8-6, “F. C. SPARTANS” komandası isə “TEXAS CLUB” komandasına  3 - 2 hesabı ilə qalib gəlmişdir.