Baş səhifə
Xəbərlər
Akademiya
DGKA “dataTurkey” məlumat bazasından istifadə imkanı təqdim edir

DGKA “dataTurkey” məlumat bazasından istifadə imkanı təqdim edir

Dövlət Gömrük Komitəsinin Akademiyası professor-müəllim heyəti və təhsilalanları üçün 2022-ci il mart ayının 16-dək “dataTurkey” məlumat bazasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.

Məlumat üçün bildirək ki, “dataTurkey” Türkiyənin iqtisadi, sosial, sektoral və regional verilənlərini birləşdirən bir məlumat bazasıdır. Müntəzəm olaraq yenilənən “dataTurkey” tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların seçilmiş verilənlərini tək platformada əldə etmək, verilənləri rahatlıqla idarə etmək, statistik və dinamik hesabat hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müqayisəli cədvəllər yaratmaq, metadata fayllarını araşdırmaq mümkündür.

Sınaq müddətində “Data Turkey” məlumat bazasının resurslarına https://datatr.net/login linki vasitəsilə və ya Akademiyanın veb səhifəsində “Verilənlər bazaları, e-kitablar və jurnallar” bölməsindən daxil olmaq mümkündür.