Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının növbəti məzununa diplom təqdim edilib

Gömrük Akademiyasının növbəti məzununa diplom təqdim edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının 2020/2021-ci tədris ilinin İqtisadiyyat ixtisası üzrə məzunu Orxan Yusifova diplom təqdim edilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təhsil aldığı müddətdə sosial aktivliyi ilə seçilərək Akademiyanın Tələbə Gənclər Təşkilatının daha öncəki sədri olan və hal-hazırda ölkəmizin işğaldan azad edilmiş ərazisində hərbi xidmətini davam etdirən Orxan Yusifova məzun diplomunu təqdim edərək, onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Akademiyanın əsas prioritet istiqamətlərindən birinin beynəlxalq standartların tələblərinə cavab verən nümunəvi kadrların yetişdirilməsi olduğunu vurğulayan Qulu Novruzov Akademiya məzunlarının təhsil aldıqları xüsusi təyinatlı ali təhsil müəssisəsinin adını hər zaman yüksəldəcəklərini əminliklə ifadə edib.