Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər

Gömrük Akademiyasının tələbələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup tələbəsi 26 Fevral - Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edən gənclər şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə bir daha onu göstərdi ki, xalqımız, xüsusilə gənclərimiz bu faciəni heç vaxt unutmuyacaq və unutdurmuyacaqdır.