Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər

Fevralın 25-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Sabunçu rayon Balaxanı qəsəbəsində rayon üzrə bir çox təşkilatların nümayəndələrinin,  qazilərin, könüllülərin iştirakı ilə keçirilən aksiyada Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının dövlət bayrağı açılaraq fləşmob təşkil edilib.

Xocalı şəhidlərinin şərəfinə, şəhidlərimizin ölməz ruhuna həsr olunmuş ümumrayon aksiyası çərçivəsində iməclik iştirakçıları tərəfindən 150 şam ağacı əkilib. Ekoloji mədəniyyətə diqqətin artırılması və təbiətə qayğı hissinin təbliği baxımından  mühüm əhəmiyyət daşıyan aksiyada Akademiyanın tələbələri yeni əkilən ağacları suvarıb, müvafiq qaydada qulluq göstəriblər.