Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası sona çatıb

Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası sona çatıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yekunlaşıb.

5 həftə ərzində davam edən imtahan sessiyası mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində İmtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq operativ şəkildə müvafiq qərarlar qəbul edib.