Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri fəxri fərmanla təltif edilib

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri fəxri fərmanla təltif edilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 Fevral - Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının (TGT) “I Strateji Planlaşdırma Forumu” keçirilib.

ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlama aparılmasına dəstək olmaq məqsədilə keçirilən forumda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.
Ölkənin aparıcı təhsil müəssisələrinin təmsil olunduğu tədbirdə 2021-ci il ərzində öz fəaliyyətləri ilə seçilən Tələbə Gənclər Təşkilatlarının, Tələbə Gənclər Təşkilatlarının sədrlərinin, aktiv üzvlərinin və fəal tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Forum çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Fizzə İsmayılova 2021-ci ildə ölkədə sosial və mədəni əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən fəxri fərmanla təltif edilib.

Akademiyanın tələbəsi Fizzə İsmayılovanın timsalında mükafata layiq görülən bütün gəncləri təbrik edir, onlara ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının daim inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətlərində uğurlar arzu edirik.