Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Gömrük Akademiyasının tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Vətənin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş soydaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edən gənclər şəhidlərimizin xatirəsinə ucaldılmış əbədi məşəlin önünə və şəhid məzarlarının üzərinə gül dəstələri düzüblər.

20 Yanvar Azərbaycan xalqının yaddaşında təkcə faciə günü kimi deyil, həm də şərəf səhifəsi kimi həkk olunub. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün hər birimiz ilk növbədə, şəhidlərə borcluyuq.