Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında voleybol yarışı keçirilib

Gömrük Akademiyasının tələbələri arasında voleybol yarışı keçirilib

4 dekabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə Sərhədçi İdman Kompleksində  Akademiyanın tələbələri arasında voleybol yarışı keçirilmişdir.  Həm qız, həm oğlan tələbələrin iştirak etdiyi yarışda “Zəfər” və “Mübariz” komandaları qalib adı uğrunda mübarizə aparmışdırlar. Gərgin və maraqlı keçən mübarizə “Zəfər” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatmışdır.

Yarışın sonunda qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunmuşdur.