Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında buraxılış işlərinin müdafiəsi təşkil olunub

Gömrük Akademiyasında buraxılış işlərinin müdafiəsi təşkil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə 2020/2021-ci tədris ilində təhsilini başa vuran "Hüquqşünaslıq" və “İqtisadiyyat” ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin müdafiəsi  təşkil olunub.

Müdafiədə "Hüquqşünaslıq" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, o cümlədən Əməliyyat və İstintaq Baş İdarəsinin rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Muxtarov iştirak ediblər.

"İqtisadiyyat" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri, Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi, gömrük xidməti polkovniki Anar Süleymanov, o cümlədən  Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki, i.ü.f.d., dosent Vüqar Əliyev və Maliyyə və Təchizat İdarəsinin rəisi,  gömrük xidməti polkovniki Fuad Əlizadə iştirak ediblər.

Müdafiələrdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək Komissiya sədrini və üzvlərini salamlayıb. Akademiya rəisi komissiyanın işinə, həmçinin tələbələrə uğurlar arzulayıb.

"Hüquqşünaslıq" və "İqtisadiyyat" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədrləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin salamlarını və xoş arzularını çatdırıblar.

Müdafiədə iştirak edən tələbələr buraxılış işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlillərini təqdim ediblər. Bundan başqa, rəhbərin rəyi və kənar mütəxəssis rəyi buraxılış işlərinə əlavə olunub. Tələbələr buraxılış işlərini 10 dəqiqəlik reqlamentlə slaydlar vasitəsilə Dövlət Attestasiya Komissiyası qarşısında təqdim ediblər və komissiya üzvlərinin suallarını cavablandırıblar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi