Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının "Nə? Harada? Nə zaman?" komandası ilk üçlükdə

Gömrük Akademiyasının "Nə? Harada? Nə zaman?" komandası ilk üçlükdə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı  və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr arasında  15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş  “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin olunması və potensialının artırılması məqsədi ilə həyata keçirilən layihədə Bakının 11 ali və orta ixtisas təhsili müəssisəsindən olan komandalar iştirak edib.

Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən söz açılıb.

    Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası 3-cü yeri qazanıb və mükafatlandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi