Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ixtisasartırma təlimləri keçirilir

Gömrük Akademiyasında ixtisasartırma təlimləri keçirilir

Dövlət Gömrük Komitəsinin Akademiyasında 17 may-30 iyun tarixlərində Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxsləri üçün onlayn formada ixtisasartırma təlimləri keçirilir. Təlimlərdə 60 nəfər gömrük əməkdaşı iştirak edir. 

Qeyd edək ki, bununla yanaşı, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə, 17-22 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn təlim başlayıb.

Həmçinin, Akademiyada X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən “Təlimçilərin təlimi” kursu və operator kursları başlayıb.17-19 may tarixlərində keçirilən “Təlimçilərin təlimi” kursu, 20-21 may və 24-26 may tarixlərində keçiriləcək operator kursları Akademiyada xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla ənənəvi formada təşkil olunub.

Bundan əlavə, sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədilə, gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün 20 may tarixindən 18 iyun tarixədək “İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda onlayn formada təlim keçiriləcək.


İctimaiyyətlə əlaqələr şöbəsi