Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının məzunları Vətən müharibəsində iştirak ediblər

Gömrük Akademiyasının məzunları Vətən müharibəsində iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusunun qələbə qazandığı 44 günlük Vətən müharibəsində iştirak ediblər. Gömrük Akademiyasının Vətən müharibəsində iştirak etmiş məzunlarından biri 2019/2020-ci tədris ilində təhsilini “Hüquqşünaslıq” ixtisası üzrə başa vurmuş Elgiz Eyvazlı olub. Təhsilini bitirdikdən sonra o, hərbi vəzifəsini yerinə yetirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində 2020-ci il iyul ayının 6-da müddətli həqiqi hərbi xidmətə başlayıb.

Hərbi xidmətdə olduğu zaman Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə şanlı Azərbaycan Ordusunun qələbə qazandığı 44 günlük Vətən müharibəsində iştirak edib. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə olub. Hal-hazırda “N” saylı hərbi hissədə xidmətini davam etdirir.

Elgiz Eyvazlı təhsil aldığı müddətdə Akademiyanın sosial həyatında yaxından iştirak etməyə çalışıb. O, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) üzvü olub. Akademiyanın Tələbə Gənclər Təşkilatının (TGT) üzvü və sədri olub.

Qeyd edək ki, Gömrük Akademiyasının Vətən müharibəsində iştirak etmiş məzunları arasında İmamverdi Novruzlu, Elvin Qazaxov da var.

 

İctimaiyyətlə əlaqələr şöbəsi