Baş səhifə
Xəbərlər
Akademiya
DGKA Azərbaycanın hüquq təhsili verən ali məktəbləri arasında Respublika ikincisi olub

DGKA Azərbaycanın hüquq təhsili verən ali məktəbləri arasında Respublika ikincisi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 8 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən Respublika Hüquq Olimpiadasında qalib gələrək II yerə layiq görülüb.
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Baş Prokurorluğun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Olimpiada hüquq tələbələrinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.
Olimpiada nəzəri və praktiki mərhələdən ibarət olub. Olimpiadanın nəzəri mərhələsində hüququn müxtəlif sahələrinə dair sualları cavablandıran tələbələrimiz yüksək nəticə ilə fərqlənərək 4 komanda ilə birlikdə növbəti – final mərhələsinə vəsiqə qazanıb. Rəqabət və intellektual mübarizə fonunda keçirilən bu həlledici mərhələdə
Dövlət Gömrük Komitəsinin Akademiyasını təmsil edən komanda əzmkarlıq və bilik nümayiş etdirərək böyük uğura imza atıb və II yerin qalibi olub.
Sonda qaliblər diplomlarla təltif olunublar.