Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi ingilis dili üzrə Beynəlxalq Olimpiadada uğur qazanıb
DGKA-nın tələbəsi ingilis dili üzrə Beynəlxalq Olimpiadada uğur qazanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası Qazaxıstanın L.N. Gumilyov adına Milli Avrasiya Universitetinin Filologiya fakültəsinin “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə keçirilən V Beynəlxalq Gumilyov onlayn İngilis Dili Olimpiadasında təmsil olunub. “Müasir əmək bazarı və peşələrin gələcəyi” mövzusuna həsr olunmuş olimpiadada təşkilatçı Avrasiya Milli Universitetinin tələbələri ilə yanaşı, Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya və Qırğızıstanın ali təhsil müəssisələrindən ümumilikdə 155 tələbə iştirak edib.
2 mərhələdən ibarət olan olimpiadanın 1-ci turunda iştirakçıların dinləmə və leksik-qrammatik testlər üzrə dil bilik və bacarıqları qiymətləndirilib. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 2-ci mərhələdə “Müasir əmək bazarı və peşələrin gələcəyi” mövzusu üzrə təqdimatla çıxış ediblər.
DGKA-nın tədrisi ingilis dilində olan İnformasiya texnologiyaları ixtisasının I kurs tələbəsi Fatimə Zeynalova olimpiadada uğur qazanaraq 155 iştirakçı arasında 2-ci yerə layiq görülüb və diplomla təltif olunub.
Qeyd edək ki, tələbəmizin olimpiadada uğurlu iştirakının koordinasiyasını ingilis dilini tədris edən Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının müəllimi Tairə Axundova təmin edib.