Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında süni intellekt mövzusunda təlim keçirilib

Gömrük Akademiyasında süni intellekt mövzusunda təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Adakemiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “IT və Kibertəhlükəsizlik” klubunun təşkilatçılığı ilə “Get the Key of Infinite Inspiration" mövzusunda təlim keçirilib.

Təlimdə Süni intellekt üzrə ekspert və multimedia sərgisinin direktoru, həmçinin Rusiya Kinemotoqrafçılar İttifaqının üzvü, “Kino və teatr sahəsində Dağıstan Respublikasının Milli Mükafatı” laureatının sahibi Maqomed Kaziev öz iş təcrübəsini və süni intellekt sahəsində maraqlı bilikləri tələbələrlə bölüşüb.

Daha sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.