Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Kod Saatı” layihəsi çərçivəsində proqramlaşdırma yarışı keçirilib

Gömrük Akademiyasında “Kod Saatı” layihəsi çərçivəsində proqramlaşdırma yarışı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası və “Coders Azerbaijan” tədris mərkəzinin birgə təşkilatçılığı ilə “Kod Saatı” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Akademiyanın tələbələrindən ibarət 15 komanda ilə tanışlıq görüşü baş tutub. Komandalara təyin olunmuş mentorlar bir həftə ərzində iştirakçılara dəstək göstəriblər.

Dövlət Gömrük Komitəsinin Akademiyasında baş tutan final yarışında isə proqramlaşdırma ilə bağlı sualları ən düzgün və tez cavablayan “Byte Bandits" komandası birinci yerin qalibi olaraq “Coders Azerbaijan”dan tədris kuponu qazanıb.

Tədbirdə Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələrin bu cür layihələrdə iştirakının önəmini vurğulayaraq Akademiyanın tərəfdaşı olan “Coders Azerbaijan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.