Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında logistika mövzusu ilə bağlı seminar keçirilib

Gömrük Akademiyasında logistika mövzusu ilə bağlı seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələr üçün “Təchizat zəncirinin və logistikanın təkamülü: Süni intellektin təsiri” mövzusunda “Pro Log” Təlim Mərkəzinin təlimçisi tərəfindən seminar keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev logistika ilə süni intellektin vəhdətindən bəhs edərək qonaqları iştirakçılara təqdim edib.

Daha sonra “Pro Log” Təlim Mərkəzinin əməkdaşı Lalə Hüseynova Mərkəzin fəaliyyəti barəsində məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Seminarda Mərkəzin Təchizat zənciri və logistika üzrə eksperti Anar Ağayev texnologiyanın təsiri: rəqəmsal transformasiya və avtomatlaşdırma, elektron ticarət və sürətli çatdırılma trendləri, ağıllı logistika və davamlılıq, logistikanın transformasiyası və əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.