Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Azərterminalkompleks” Birliyin nəzdindəki Heydər Əliyev muzeyində olublar

Gömrük Akademiyasının tələbələri “Azərterminalkompleks” Birliyin nəzdindəki Heydər Əliyev muzeyində olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Azərterminalkompleks” Birliyində fəaliyyət göstərən Heydər Əliyev muzeyini ziyarət ediblər.
Tələbələr Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Onlara ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu haqqında maraqlı faktlar təqdim olunub.